Beynəlxalq Məktəblər Şurasının ekspertləri Azərbaycanda səfərdə olub
Beynəlxalq Məktəblər Şurasının
(CIS) 9 nəfərdən ibarət nümayəndə heyəti "Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksinin
dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. Beynəlxalq ekspertlərin ölkəmizə
səfəri məktəbin müraciəti əsasında akkreditasiya məsələləri ilə əlaqədar təşkil
edilmişdir.
Avropa Azərbaycan Məktəbi 2011-ci ildə təsis edilmiş özəl ümumi təhsil məktəbidir. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir və beynəlxalq proqramlar təklif edir. Bu proqramlara Beynəlxalq Bakalavriat (IB) İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP), Diplom Proqramı (DP) və Kembric Beynəlxalq İmtahanları (CIE) daxildir. Məktəbdə I-XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı (4 və 5 yaşlı uşaqlar üçün) da fəaliyyət göstərir. Məktəb, həmçinin Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin də üzvüdür. Məktəb məzunları beynəlxalq nüfuzlu universitetlərlə bərabər Azərbaycan universitetlərinə də yüksək ballar ilə daxil olmuşlar.
Akkreditasiya üçün müraciət
və onun əldə edilməsi prosesi 2 illik dövrü əhatə edir. Şura tərəfindən akkreditasiyanın
alınması Beynəlxalq Bakalavriat (IB) kimi proqramların tədris edildiyi
beynəlxalq məktəblər üçün çox mühüm əhəmiyyət kəsb edir. Proses zamanı məktəbdəki bütün məsələlər (kurikulum, idarəetmə,
siniflərdəki tədris prosesi, şagirdlərə dəstək, ictimaiyyətlə əlaqələr,
missiya) ilk olaraq məktəb, daha sonra beynəlxalq ekspertlər tərəfindən
dəyərləndirilir və onların beynəlxalq standartlara cavab verib-vermədiyi
yoxlanılır. Xanım Daniela Vasile
rəhbərlik etdiyi nümayəndə heyətinin siniflərdəki təhsil prosesindən və
müəllimlərin peşəkarlığından təsirləndiklərini bildirmişdir. Səfərdə olan heyət
həm valideyn, həm də şagirdlərlə görüşərək onların da məktəb haqqındakı mövcud
fikirləri ilə tanış olmuşdur.
Beynəlxalq Məktəblər Şurası
(CIS) tərəfindən akkreditasiya almağın müəyyən üstün cəhətləri mövcuddur. Belə
ki, akkreditasiya prosesindən keçdikdə rəhbərlik məktəbin güclü tərəflərini və
üzərində işlənilməli olan sahələrini daha aydın görə bilir. Bununla da, müəyyən
edilən çatışmazlıqların həlli gələcək hədəfə çevrilir.
Akkreditasiyanın alınması
təhsil və tədris səviyyəsinin beynəlxalq standartlara uyğun olması deməkdir.
Həmçinin bu, məktəbin təhlükəsizlik, mühafizə və şagirdə dəstək baxımından
etibarlı olduğunu göstərir. Şagirdlər universitetlərə qəbul zamanı sənədlərini
təqdim etdikdə onların sənədləri universitetlər tərəfindən yoxlanılır və bu
zaman bitirdikləri məktəbin keyfiyyəti araşdırılır. Əgər məktəb akkreditasiya
almışdırsa, universitetlər burada şagirdlərin keyfiyyətli təlim-tədris
prosesindən keçdiyindən əmin olur.
Beynəlxalq Məktəblər Şurası
tərəfindən verilən akreditasiya beş ildən bir yenilənməli, hər dərs ili üçün
görülmüş işlər üzrə hesabat verilməlidir. Beynəlxalq Məktəblər Şurası daim öz
üzərində işləyən, davamlı inkişafı təmin edən, tədris edilən proqramların və
təcrübələrin inkişaf etdirilməsinə diqqət yetirən məktəbləri yüksək
dəyərləndirir. Avropa Azərbaycan Məktəbi məhz bu fikirləri əldə əsas tutaraq akkreditasiya
almağa səy göstərir.