• cümə, 29 Mart, 16:33
  • Baku Bakı 14°C

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı

23.10.21 09:34 186
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 1995-ci ildən bu günədək Azərbaycana 500 milyon dollara yaxın investisiya qoyub.
BunuTrend-ə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.
O bildirib ki, bu vəsaitlər müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, eləcə də infrastruktur və istehsal layihələrinin maliyyələşdirilməsinə yönəlib:
"Eyni zamanda IFC ticarət maliyyələşdirməsi proqramı çərçivəsində 100 milyon dollara yaxın vəsait ayırıb və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üçün 250 milyon dollar təqdim edib".
İ.Duarte qeyd edib ki, son bir neçə il ərzində IFC-nin səyləri Azərbaycanda maliyyə infrastrukturu üzrə məsləhət işlərinə, eləcə də investisiyaların təşviqi strategiyası üzrə qanunvericilik bazasının yaradılmasına yönəlib:
"IFC-nin Azərbaycandakı işi xüsusən, kiçik biznes, kənd təsərrüfatı, qida məhsullarının təhlükəsizliyi, turizm kimi sahələrdə qanunverici və normativ təşəbbüslərin dəstəklənməsini əhatə edir".
banner

Oxşar Xəbərlər