• cümə, 19 Aprel, 16:46
  • Baku Bakı 25°C

Beynəlxalq jurnalist təşkilatlarından Moskva konfransına Boykot

28.04.14 11:32 1200
Beynəlxalq jurnalist təşkilatlarından Moskva konfransına Boykot
JuHİ mətbuat xidmətindən Bakuinfo.Az-a verilən məlumata görə, buna səbəb EFJ-yə ayrı-ayrı ölkələrdən üzvü olan jurnalist təşkilatlarının Moskvaya gəlməkdən imtina etməsi olub.
EFJ-nin Azərbaycan üzrə üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, jurnalist təşkilatlarının Moskva konfransında iştirakdan imtina etməsinin səbəbi Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik olub: “İyunun 6-da Moskvada keçirilməli olan konfrans bir il öncədən üzvlər arasında razılaşdırılaraq planlaşdırılmışdı. EFJ Avropa məkanında media azadlığının mövcud durumuna həsr etdiyi ənənəvi konfransı ayrı-ayrı ölkələrdə olmaqla hər il təşkil edir və bu konfranslara öncədən ciddi hazırlıqlar aparılır. Moskva konfransı da öncədən razılaşdırılmış və həm texniki, həm də nəzəri hazırlıqlar aparılmışdı. Konfransa hazırlıq proseslərinin yekunlaşdığı bir vaxtda Rusiyanın Ukraynada, xüsusən Krımda başlatdığı hadisələr tədbirə dəvət edilən təşkilatlarda ciddi əks-reaksiya doğurdu. Ukrayna, Polşa və Gürcüstandan olan jurnalist təşkilatları Moskva konfransına qatılmaqdan imtina etdilər və digər təşkilatları da onlarla həmrəylik nümayiş etdirməyə çağırdılar. Onlar iddia edirdilər ki, Rusiya ilə Ukrayna və Rusiya ilə Avropa arasında siyasi gərginliyin yaşandığı bir dövrdə media azadlığı konfransının Moskvada keçirilməsi, dolayısı ilə Rusiya hakimiyyətinin təbliğatına yönəlmiş bir aksiyaya çevrilə bilər. Bu ideya əksər təşkilatlar tərəfindən dəstəkləndiyi üçün EFJ rəhbərliyi konfransın təxirə salınmasına qərar verdi”.
M.Ələsgərli bildirib ki, konfransın vaxtı dəyişdirilərək payız aylarına təyin edilib. Qərara əsasən, həmin vaxta qədər Rusiya ilə Ukrayna arasındakı münasibətlərə aydınlıq gətirilməsə, konfrans başqa bir ölkədə keçiriləcək.
Qeyd edək ki, EFJ məxsusi olaraq Avropa məkanına daxil olan ölkələrdə fəaliyyət göstərən jurnalist təşkilatlarının üzvlüyündən formalaşmış beynəlxalq təşkilatdır və sıralarında 25 ölkədən təmsilçi var.
banner

Oxşar Xəbərlər