AZE | RUS | ENG |

Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi 2 komanda təmsil edəcək

Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi 2 komanda təmsil edəcək
4-11 avqust 2019-cu il tarixlərində ölkəmizdə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2019) ölkəmizi təmsil edəcək şagirdlərin adları məlum olub.
Trend-in məlumatına görə, Azərbaycan bu yarışmada iki komanda ilə təmsil olunacaq.
Birinci komandaya Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdi Fərhad Əzimov, ikinci komandaya isə nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fatimə Ömərova, Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbinin şagirdi Əziz Hüseynov, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdi Hüseyn Hacıyev və Bakı şəhəri 269 nömrəli tam orta məktəbin şagirdi Amin Cəlilov üzvdür.

Qeyd edək ki, ölkəmizi bu olimpiadada təmsil edəcək komandaları müəyyənləşdirmək məqsədi ilə iki seçim imtahanı keçirilib. Seçim imtahanlarına Respublika fənn olimpiadalarında informatika fənni üzrə qalib olan şagirdlər dəvət edilib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989