Beynəlxalq ictimaiyyət uşaq qatillərinə “dur” deməlidir - Fotolar
Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın
mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və
digər iriçaplı silahlardan intensiv atəşə tutması, nəticədə Füzuli rayonunun
Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın həlak
olması beynəlxalq hüquqa, müharibə qanunlarına zidd hadisədir. Belə ki, Ermənistanın
Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları,
beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə
konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan
hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə
pozulmasıdır. Bu hadisə bir daha sübut edir ki, işğalçı Ermənistan beynəlxalq
hüququn tələblərinə, beynəlxalq təşkilatların çağırışlarına heç bir əhəmiyyət
vermir.
Bununla yanaşı, Alxanlıdakı olay terrorçu Ermənistan
rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan
xalqına qarşı düşmənçilik münasibətini, xüsusən də onun uşaq qatili olduğunu
növbəti dəfə əyani şəkildə nümayiş etdirir. Vaxtilə Ermənistanın müdafiə naziri
postunu tutmuş bu şəxs 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində
azərbaycanlılara qarşı törədilən soyqırımının da bilavasitə iştirakçısı olub. Həmin
vaxt 613 nəfərin Xocalı sakini amansızlıqla qətlə yetirilib ki, onlardan 63-ü
azyaşlı uşaq olub. Eyni zamanda, Xocalıda 1273 sakin girov götürülüb ki,
onların arasında da uşaqlar olublar. Girovluqda çoxsaylı işgəncələrə məruz
qalan xocalılardan böyük bir qismi sonradan azad edilsələr də, 150 nəfərin
taleyindən indiyə qədər xəbər yoxdur. Bundan başqa, 1992-ci ildə Xocavənd
rayonunun işğalı zamanı ermənilər Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər
dinc sakini Xankəndinə apararkən, yolda 76 nəfərini güllələyiblər ki, onlardan
da 20 nəfəri 10-12 yaşına qədər uşaq, yarıya qədəri qadınlar olub. Füzuli
rayonunun işğalı zamanı Horadiz yolunda tutulmuş 40 nəfər mülki şəxsin 29 nəfəri,
Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun
Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə
öldürülüb, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilib.
Bu günahsız soyqırımı qurbanlarının da az qala yarısı qadınlar və uşaqlar olub.
Qeyd edək, S.Sarkisyan müdafiə naziri olarkən "Qara
bağ” adlı kitabın müəllifi Tomas de Vala müsahibəsində Xocalıda dinc
insanların kütləvi şəkildə, qadın, uşaq, qoca demədən qırılmasına rəhbərlik
etdiyini təsdiqləyib. Açıq etiraf edib ki, bu qətliamı azərbaycanlıların ermənilərin
dinc əhaliyə əl qaldıra bilməyəcəyi barədə düşüncələrini dəyişmək üçün həyata
keçiriblər.S.Sarkisyan Ermənistanda prezident
kürsüsünə yiyələndikdən sonra da nə o, nə də onun ətrafındakılar azərbaycanlı
mülki şəxslərə, o cümlədən uşaqlara qarşı olan qeyri-insani rəftardan, münasibətdən
əl çəkməyiblər. Belə ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasından indiyə
qədər 33 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak
olub, 19-u yaralanıb.
Misal üçün, 2011-ci il martın 8-dəAğdamın işğal
olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində
Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlov həyatını itirib. Həmin
vaxt balaca Fariz başından ağır yaralanıb və xəstəxanaya aparılarkən dünyasını
dəyişib.
Elə həmin il Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində
düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü
Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü
Şahmalıyeva Elnarə Məmmədtağı qızı ağır xəsarət alıb. Araşdırmalar zamanı məlum
olub ki, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli
kəndinə daxil olan Tovuz çayına buraxılıb. Sözügedən ərazidə oynayan Cəfərov
Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov
Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın
üstünə vurub və nəticədə partlayış baş verib.
Bundan başqa, 2016-cı il aprelin 4-üaxşam
saatlarında ermənilər Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini
reaktiv artilleriyadan və toplardan atəşə tutub. Kənd sakinlərindən Bəxtiyar
İbrahimovun evi tamamilə yanıb. Bəylər Əkbərov və Ədalət Məhərrəmovun isə evlərinin
dam örtüyü və həyətlərindəki tikililər dağılıb. Hadisə nəticəsində Ədalət Məhərrəmovun
bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nahiyəsindən yaralanıb. Həmin il
iyulun 14-dəerməni silahlı bölmələrinin açdığı atəş nəticəsində isə
Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin
Xanbabayevə, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Durdanə Nağıyevaya ağır
yaralanıblar.
Bütün sadalanan faktlar, o cümlədən iyul ayının 4-də
18 aylıq Zəhra Quliyevanın həlak olması Ermənistan hökumətinin, xüsusən də
prezident Serj Sarkisyanın və Robert Köçəryan, Sehran Ohanyan, Zori
Balayanların Xocalı, Qaradağlı, Ağdaban faciələrində törətdiyi amansız qətliamların
davamı və eyni qaniçən zehniyyətin növbəti məhsulu kimi qiymətləndirilməlidir.
Baxmayaraq ki, ErmənistanBMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı
ratifikasiya edib, bir sıra beynəlxalq öhdəlikləri üzərinə götürüb, lakin yenə
də bu dövlət və onun rəhbərliyi uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir,
istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata
keçirirlər. Dünya ictimaiyyəti, BMT üzvü olan ölkələr, xüsusən də Təhlükəsizlik
Şurasının daimi üzvü olan böyük dövlətlər qeyd olunan faktlara layiqli qiymət
verməli, uşaq qatili Serj Sarkisyana təzyiq göstərməli, o, törətdiyi əməllərə görə cavab verməlidir.
Rufik
İSMAYILOV