• cümə axşamı, 28 mart, 12:36
  • Baku Bakı 16°C

Beynəlxalq film festivalında Azərbaycan da iştirak edəcək

09.12.19 12:15 487
Beynəlxalq film festivalında Azərbaycan da iştirak edəcək
Dekabrın 12-dən 15-dək Bişkekdə "Qırğızıstan-qısametrajlı filmlər ölkəsi” adlı ənənəvi beynəlxalq film festivalı keçiriləcək.
AZƏRTACxəbər verir ki, paytaxtın "Manas” kinoteatrında baş tutacaq festivalda Müstəqil Dövlətlər Birliyinin (MDB), Baltikyanı ölkələrin və Gürcüstanın kinematoqrafçıları iştirak edəcək.
Bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, builki festivalda iştirakla bağlı uzaq xarici dövlətlər və MDB ölkələrindən çoxlu müraciət daxil olub. Nümayiş üçün 14 xarici, 17 milli film seçilib.
Seçilən filmlərin arasında Azərbaycan rejissoru Teymur Hacıyevin "Duz, istiot zövqə görə” filmi də var.
Dekabrın 15-də "Ən yaxşı film”, "Ən yaxşı rejissor işi”, "Münsiflər heyətinin xüsusi prizi” və "Tamaşaçı simpatiyası prizi” nominasiyalarında qaliblər elan olunacaq.
banner

Oxşar Xəbərlər