Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası keçirilir
Beynəlxalq
Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının
iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) Beynəlxalq Əmək
Konfransının 108-ci sessiyası keçirilir.
Tədbirdə
ölkəmizi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə
Nazirliklə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
rəhbər şəxsləri daxildir.
Sessiyada
BƏT-in 100 illiyi ilə əlaqədar Təşkilatın "Əməyin gələcəyi” təşəbbüsünə uyğun
olaraq bu mövzuda müzakirələr aparılır.
Sessiyanın
plenar iclasında S.Babayevin çıxışı nəzərdə tutulub.