• şənbə, 27 Aprel, 06:17
  • Baku Bakı 12°C

Bəy öz toyunda bıçaqlandı - Azərbaycanda

27.06.14 10:32 941
Bəy öz toyunda bıçaqlandı - Azərbaycanda
Hadisə rayonun Nabur kəndində toy mərasimi zamanı qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Məhyəddinov Elnur Faiq oğlu özünün toy mərasimində dəvət etdiyi qonağı tərəfindən bıçaqlanıb.
Məlumata görə, toy mərasimində spirtli içki qəbul edən gənclər arasında şəxsi münasibətlər zəminində dava baş verib. Davaya toyu olan Elnur Məhyəddinov da qoşulub. Hadisə zamanı onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Bəkirov İsmət Əli oğlu üzərində gəzdirdiyi bıçaqla Elnur Məhyəddinova bir neçə dəfə xəsarət yetirib. Yaralı təcili olaraq Qobustan Mərkəzi rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisəni törədən İsmət Bəkirov tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, tam məlum deyil. Əlbəyaxa dava zamanı bir neçə nəfərin yüngül xəsarət aldığı da bildirilib.
Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa/
banner

Oxşar Xəbərlər