• cümə axşamı, 28 mart, 13:09
  • Baku Bakı 16°C

Bəşər Əsəd Amerikanı hədələdi

26.08.13 08:34 1286
Bəşər Əsəd Amerikanı hədələdi
“Suriyaya hərbi zərbələr endirəcəyi təqdirdə ABŞ-ı uğursuzluq gözləyir”. APA-nın məlumatına görə, bu fikirləri “İzvestiya” qəzetinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.
Onun sözlərinə görə, Suriyaya hərbi müdaxilə məsələsi dəfələrlə gündəmə gətirilib: “Böhranın ilk əvvəlindən ABŞ, Fransa və Böyük Britaniya hərbi müdaxilə etmək istəyirdilər, lakin onların istəyinin əksinə olaraq proses başqa məcraya düşdü”.
Xatırladaq ki, ABŞ-ın müdafiə naziri bəyan edib ki, prezident Obama əmr verəcəyi təqdirdə ABŞ Silahlı Qüvvələri Suriya məsələsinin həlli üçün hərbi ssenariləri gerçəkləşdirə bilər. Bundan əvvəl isə Barak Obama BMT-nin mandatı olmadan hərbi müdaxiləyə qarşı çıxdığını deyib. Lakin o bildirib ki, ABŞ Əsəd rejiminin beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcəyini gözləmir, buna görə də Amerika Suriya liderini devirməyə çalışır.
Bəşər Əsəd isə hesab edir ki, Suriyada Tunis və Misirdə olduğu kimi “ərəb inqilabı” mümkün deyil, çünki ölkədə vəziyyət tam fərqlidir: “Suriyada baş verənlər xalq inqilabı deyil və islahatlar tələb etmir. Bu, terrorçuluqdur. ABŞ, Böyük Britaniya və Fransa öz xalqlarını və bütün dünyanı Yaxın Şərqdə yürütdükləri siyasətin ağıllı və lazımlı olduğuna inandıra bilməyiblər. ABŞ-ın başlatdığı çoxsaylı müharibələr isə qarşıya qoyulan siyasi məqsədlərə nail olmayıb. ABŞ-ı Vyetnamdan başlamış bu günədək başladığı bütün müharibələrdə olduğu kimi bu dəfə də uğursuzluq gözləyir”.
banner

Oxşar Xəbərlər