• cümə, 19 Aprel, 09:05
  • Baku Bakı 13°C

Berlində nasist terrorunun tarixi ilə bağlı yeni qurum yaradılır

21.06.21 21:00 238
Berlində nasist terrorunun tarixi ilə bağlı yeni qurum yaradılır
Bu gün Almaniya paytaxtında Qaçqın, Sürgün və Barışıq Fondunun Sənədləşdirilmə Mərkəzi açılır.
AZƏRTACxəbər verir ki, açılış mərasimində federal kansler Angela Merkelin iştirakı gözlənilir. Yeni mərkəz həm keçmişdə, həm də gələcəkdə məcburi miqrasiya ilə bağlı bütün xatirələrin öyrənilməsi və toplanması üzrə tarixi kompleksin bir hissəsinə çevrilməlidir. Bu gün təntənəli açılış mərasimi keçiriləcək, çərşənbə günü isə mərkəz qapılarını ilk ziyarətçilərinə açacaq.
Sərginin iki bölməsi məcburi miqrasiyanın tarixinə, həmçinin İkinci Dünya müharibəsindən sonra 14 milyona yaxın almanın ölkədən qaçmasına və sürgün edilməsinə həsr olunacaq. Bu bölmələr Almaniyanın nasist terrorunu və aqressiyasını sonrakı insan yerdəyişməsi dalğasının səbəbi kimi göstərməkdən ötrü xronoloji ardıcıllıqda tərtib olunub.
banner

Oxşar Xəbərlər