Bələdiyyələr üçün mövcud problemlər və imkanlar müzakirə olunub
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin
İdarəetmə Komitəsinin yığıncağı keçirilib.
Yığıncaq online
videokonfrans
rejimində keçirilib.
Yığıncaqda Şəhər-kənd qarşılıqlı əmakdaşlığının inkişafı və Paytaxt şəhərlərinin
statusu barədə hesabatların təsdiqlənməsinə baxılıb, daha sonra "Ev paylaşım
platformaları: bələdiyyələr üçün mövcud problemlər və imkanlar", həmçinin "Ərazi
həmrəyliyi barədə hesabat layihələri" nəzərdən keçirilib.
Komitənin yığıncağında
iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən
milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli
Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov
Covid-19 pandemiyası və çoxsəviyyəli idarəetmə üçün çağırışlar mövzusunda
keçirilən debatda çıxış edib.
Hümbət Hüseynov Azərbaycanda pandemiya ilə bağlı mövcud vəziyyət haqqında,
o cümlədən pandemiya ilə mübarizədə dövlətimiz tərəfindən həyata keçirilən
sistemli tədbirlər və bunun müqabilində müşahidə olunan müsbət dinamika
haqqında qısa məlumat verib.