Bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib - Video
23
dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası
Gəncə şəhər təşkilatında YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə görüş
keçirilib.
Seçki
Məcəlləsinin tələblərinə uyğun olaraq bələdiyyə seçkilərinin təbliğat-təşviqat
kompaniyası çərçivəsində keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatı Qadınlar
Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, şəhərin ictimai-siyasi
həyatında daim öndə olan partiya fəalları və gənclər iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan millət vəkili Pərvin Kərimzadə bələdiyyə üzvlüyünə namizədləri təbrik edib, onlara qarşıdan gələn
seçkilərdə uğurlar arzulayıb. Millət vəkili bildirib ki, ölkəmizin
siyası arenasında özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyası bütün seçkilərə
məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedib. 23 dekabr-Bələdiyyə
seçkilərində YAP-ın böyük qələbə qazanmasına yerli özünüidarəetmə orqanlarında
partiyamızın yüksək təmsilçiliyinin təmin olunması əsas verir. Çünki Yeni Azərbaycan
Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən siyasət nəticəsində ölkəmiz, o cümlədən regionlar dinamik inkişaf
edir. Paytaxt Bakı ilə yanaşı ən ucqar kəndlərdə abadlıq-quruculuq işləri,
iqtisadi inkişaf kimi amillər insanların rifah halının yaxşılaşmasında müsbət dəyişikliklərə
səbəb olub.
Ölkə
Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi
olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının
durmadan artmaqda olduğunu qeyd edən Pərvin Kərimzadə bələdiyyə seçkilərində namizədlər içərisində
qadınların sayının üstünlük təşkil etdiyini, bunu da qarşıdan gələn bələdiyyə
seçkilərində iş prosesinə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.
Daha
sonra çıxış edən Rəfiqə Sadıqova, Gülsüm Fətəliyeva, Aidə Qasımova, Naciyə Əliyeva,
Günay Nəsibova və Zülfiyyə Həsənova cəmiyyətdə bələdiyyələrin rolunun
artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıblar. Natiqlər
bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin
daim diqqət və qayğısını öz üzərlərində hiss edən gəncəlilər əvvəlki seçkilərdə
olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək,
bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlar.
Tədbir iştirakçıları bələdiyyə seçkilərində YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi
fəal olmağa, "Xalq üçün” səsverməyə çağırıblar.