• cümə axşamı, 28 mart, 21:12
  • Baku Bakı 13°C

“Belə gedərsə, xəstəliyin yayılması qaçılmaz olacaq”

31.03.20 16:35 1177
“Belə gedərsə, xəstəliyin yayılması qaçılmaz olacaq”
Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən koronavirusa qarşı ölkədə aparılan tədbirlərdən danışıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, İ. Əliyev bildirib ki, koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən etibarən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə minib:
"Əfsuslar olsun ki, bütün vətəndaşlar bu qaydalara əməl etmirlər. Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılması və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Əfsuslar olsun ki, dövlət tərəfindən bütün qəbul edilmiş qərarlar və atılmış addımlara baxmayaraq dinamika artır. Bunun səbəbi bəzi vətəndaşların məsuliyyətsizlikdir. Çünki Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib. Bu gün digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Lakin buna baxmayaraq artıq daxili yoluxma halları vüsət alır. Beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub. Əgər belə gedərsə, onda gələcək günlər və aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaq”.
banner

Oxşar Xəbərlər