• çərşənbə axşamı, 23 aprel, 12:42
  • Baku Bakı 24°C

Belə də ucuzlaşma olar?

13.10.20 12:45 777
Belə də ucuzlaşma olar?
2020-ci ildə transfer qiyməti ən çox aşağı düşən futbolçuların siyahısı açıqlanıb.

Kaspi.az xəbər verir ki, siyahıda ilk pillədə "Real”ın futbolçusu Eden Azardır. Onun qiyməti nə az, nə çox, 60 milyon avro aşağı düşüb. Azarın əvvəlki transfer qiyməti 120 milyon avro idisə, hazırda 60 milyon avrodur.

İkinci pillədə "Barselona”nı n futbolçusu Lionel Messi yer alıb. Leonun dəyəri 40 milyon avro aşağı düşüb. İndi onun qiyməti cəmisi 100 milyon avrodur.
Üçüncü pillədə də "Barselona”lıdır. Antuan Qrizmanın da transfer dəyəri xeyli aşağı düşüb. O da 40 milyon avro ucuzlaşıb və hazırda transfer bazarında qiyməti 80 milyon avrodur.

PSJ-nin futbolçusu Neymarla "Mançester Siti”li Sterlinqin qiyməti 32 milyon avro aşağı düşüb.
banner

Oxşar Xəbərlər