Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
"Heç kim yanğın, qəza və digər bu kimi fəlakətlərdən
sığortalanmayıb. Lakin təəssüf
ki, müxalifət nəinki bu kimi hadisələrdən, hətta son dövrlərdə şəhid ailələri,
hərbi qulluqçuların ölümü və onların dəfn mərasimlərindən belə,
siyasi məqsədlər naminə istifadə edir, baş verənlərdə iqtidarı
günahlandırmaqla, monuplyativ çıxışlara yol verir, bundan mübarizə üsulu kimi yararlanır”.
Bu barədə "Səs” qəzetinin və eyniadlı informasiya
agentliyinin baş redaktoru Bəhruz Quliyev "Facebook” səhifəsində yazıb. O
bildirib ki, 20 faiz torpaqları işğal altında olan Azərbaycanın sərhədində hər
hansı bir hadisənin olması təbii prosesdir. Baş redaktorun fikrincə, belə məqamların
üzərində oyun qurmaq cılızlıqla yanaşı, siyasi mübarizədə naşılıq, şəhidlərin
ruhuna hörmətsizlikdir.
B.Quliyev deyib ki, şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həlakı, eləcə də dəfn mərasimi
siyasi predmet olmamalıdır: "Bu, yolverilməz, mənəvi
dəyərlərə ziddir. Ona
görə də pilotun
yaxın qohumu,
politoloq Qabil Hüseynli şəhid pilotun dəfn mərasimindən
siyasi məqsədlər üçün istifadə etmək istəyənlərə yerində çağırış edib. Qabil Hüseynli həmin şəxslərin
xislətini çox gözəl bilir. Ümumiyyətlə, hesab edirəm ki, dəfn mərasimini
siyasiləşdirmək məqsədi ədəbsizlikdir. Vətən uğrunda həlak
olanlara Allahdan rəhmət diləyirəm”.
Alpər TURAN