AZE | RUS | ENG |

BƏƏ-də ailələrin təqribən 30 faizi nikahdan sonrakı birinci il ərzində dağılır

BƏƏ-də ailələrin təqribən 30 faizi nikahdan sonrakı birinci il ərzində dağılır
2018-ci ildə Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) boşanmaların 28,5 faizi nikahdan sonrakı birinci ilə təsadüf edib.
AZƏRTAC Əbu-Dabi Statistika Mərkəzinin nikahlar və boşanmalar haqqında son məruzəsinə istinadla xəbər verir ki, boşanmaların 62,2 faizi nikahdan sonrakı ilk dörd il ərzində baş verir. Məruzədə qeyd edilir ki, keçən il Əbu-Dabidə 5467 nikah müqaviləsi bağlanıb.
Tədqiqat göstərib ki, 2018-ci ildə Əmirliyin vətəndaşları ilə əcnəbilər arasında qarışıq nikahların sayı qeydə alınmış nikahların ümumi sayının 21,7 faizinə bərabər olub. Bu nikahların çoxu Körfəz dövlətlərinin və ərəb ölkələrinin vətəndaşları ilə bağlanılıb. 2018-ci ildə boşanmaların ən çoxu (213 hadisə) iyul ayında, ən azı isə (105 hadisə) avqust ayında qeydə alınıb. Nikah bağlayan kişilərin orta yaşı 27,7, qadınların orta yaşı 24,6 olub.
Əmirliyin 15 yaşdan yuxarı sakinlərinin yarıdan çoxu (59 faiz) evli olub, vətəndaşların 35 faizi heç vaxt nikahda olmayıb, 6 faizi isə ya boşanmış, ya da dul olub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946