• cümə axşamı, 25 aprel, 17:34
  • Baku Bakı 23°C

BDYPİ: Silah anbarında partlayışla əlaqədar Bakı-Quba avtomobil yolu bağlanıb

27.08.17 13:50 722
BDYPİ: Silah anbarında partlayışla əlaqədar Bakı-Quba avtomobil yolu bağlanıb
Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar xəbərdarlıq edib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran ƏliyevinAPA-ya verdiyi məlumata görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.
Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.
banner

Oxşar Xəbərlər