BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 25 illiyi qeyd edilib - Fotolar

Bu gün Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya
fakültəsinin (SEP) yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri
açan rektor, akademik Abel Məhərrəmov yubileyə toplaşan professor-müəllim
heyətini, qonaqları salamlayıb, fakültə heyətini əlamətdar gün münasibətilə
təbrik edərək SEP-in universitet həyatındakı rolundan bəhs edib. Bildirib ki,
ötən 25 ildə fakültənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində
mühüm işlər həyata keçirilib, yeni kafedralar yaradılıb, mövcud kafedralarda
struktur dəyişiklikləri aparılıb. Fakültə kafedraları müvafiq ixtisaslar üzrə
aparıcı kafedralar olduğundan digər ali məktəblər və kolleclər, habelə bir sıra
digər müəssisələr üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında fəal iştirak
edirlər.
Daha sonra dekan, professor Hikmət Əlizadə
fakültənin tarixi və bu günü barədə
məlumat verib. Məlum olub ki, hazırda
fakültənin nəzdində səkkiz kafedra, elmi tədqiqat laboratoriyaları və
mərkəzlər fəaliyyət göstərir. Fakültənin
professor-müəllim heyəti 106 nəfərdən
ibarətdir - 1 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfər elmlər doktoru, professor, 56 nəfər elmlər namizədi, dosent,
12 nəfər baş müəllim, 17 nəfər müəllimdir. Tələbə kontingenti barədə məlumat verən dekan
hazırda fakültədə 1400-ə yaxın tələbə,
magistrantən təhsil aldığını qeyd
edib, tədrisin təşkili və yüksək
ixtisaslı kadr hazırlığı barədə görülən işlər barədə danışıb.
Millət vəkilləri Hadı Rəcəbli, Səməd Seyidov və professor Əjdər
Ağayevin təbrik nitqlərindən sonra bir qrup fakültə əməkdaşı Fəxri fərman, təşəkkür və pul mükafatına
layiq görülüb.
Tədbir işini bədii hissə ilə yekunlaşdırıb.




