• cümə, 29 Mart, 18:25
  • Baku Bakı 14°C

Bazara məhəbbət romanı çıxarmaq üçün irəli!

02.10.17 10:45 10407
Bazara məhəbbət romanı çıxarmaq üçün irəli!
Nəşriyyat və sərf etdiyiniz zamanın xərclərini çıxarıb, sizə də 5 il ayağınızı rahat-rahat uzadıb dincələcək qədər pul qazandıracaq kitab yazmaq heç də çətin deyil. Bu tip hekayəni satmaq isə yazmaqdan da asandır. Aşağıdakı 13 addımı izləmək sizə istədiyinizi əldə etməkdə kömək olacaq. Deyl Kuperin məqaləsini ixtisarla təqdim edirik.
· Əvvəlcə əsas qızı tapın – Əsas qız birmənalı şəkildə gözəl və intellektual olmalıdır.
· Əsas oğlanı yaradın – Əsərə nostalgiya qatmayın. Əsas oğlan da qız kimi olmalıdır. Eyni sosial sinifdən qəhrəmanlar seçin.
· Qəhrəmanlar arasında ehtiraslı, gurultusu və yaxınlığı bol bir macəra yaradın.
· Baş qəhrəmanlardan birini daha möhtəşəm yaradın. Dünyanın kədərini yükləyib, onun belini sındırın. Yaşaya, xoşbəxt ola bilməsin, sevgilisinə həyatı zindan etsin.
· Qəhrəmanlarınızın dünyası təpədən-dırnağa pula qərq olsun. İş-güc, həyat qayğıları ilə başı qarışan qəhrəmanlar yaratmayın. Hamı varlı olmalıdır.
· Mövlana, Sartr, Dostoyevski, Freyd – aforizmlərlə oynayıb, doldurun monoloqlara. Qəhrəmanların dilindən sosial şəbəkələrdə paylaşılıb, diqqət çəkəcək aforizmlər quraşdırın.
· Ehtiraslı, arzulu, əzablar içində qıvrılan qəhrəmanlardan birini öldürün. Ölüm Allahın əmridir. Əgər bir intihar səhnəsi olsa, lap əla.
· Yaşayan qəhrəmanınız neyləyəcək?! – Yazsın, yazar olsun!
· Artıq böyümüş, yetkinləşmiş, yorğun aşiq-yazarınıza yalnızlığın ömür boyu davam etdiyi tənha və elit bir həyat yolu çəkin. Elə ömrü boyu düşünsün!
· Kitabın adı vacibdir – rəfdə duranda dərhal diqqəti cəlb etməlidir!
· Üz qabığı da ən azı kitabın adı qədər cəlbedici olmalıdır!
· Növbə arxa qabıqdadır. Çünki kitabın üzünə baxan alıcı, dərhal arxasına göz gəzdirir. Burada alıcını ürəyinin mərkəzindən ovlayacaq bir yazı olmalıdır.
· Reklam! Reklam! Reklam! Hər yeri reklam, tanıtım lövhəsi kimi görün. Tanıdığınız hamını reklamınıza sövq edin. Dost-tanış, qohum-qonşu, illərlə görmədiyin dostlar, iş yoldaşları hamıya yol tapın. Və beş nəfərdən artıq heç kimə kitab hədiyə etməyin!
banner

Oxşar Xəbərlər