Bayrağı qoparıb atan şəxslə bağlı araşdırma aparılır
Sosial şəbəkələrdə Bərdə rayonunda icra hakimiyyəti əməkdaşı olduğu bildirilən şəxsin mağazalardan birinin önündə asılmış bayrağı yerindən qopararaq kobud şəkildə atmasının görüntüləri yayılıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən bildirilib ki, Bərdə rayonu ərazisində şəxsin Dövlət bayrağı ilə davranışına dair videogörüntülərlə bağlı hazırda araşdırma aparılır.