AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır

Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır

Təfsilat
12 May 2021, 09:45 369
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Salivan İsrail milli təhlükəsizlik şurasının rəhbəri Meyer Ben-Şabbat ilə telefon danışığı aparıb.
 
Sallivan söhbət əsnasında israillilərlə fələstinlilər arasında sabitliyin bərpa olunmasını arzuladığını bildirib.
 
Bundan əlavə, Sallivan Qəzza zolağı və Qüdsdəki vəziyyətlə əlaqədar Misir hökumətinin nümayəndələri ilə telefon danışığı aparıb. Danışıqlar zamanı tərəflər yaxın günlərdə sakitliyin bərpa olunması istiqamətində atılacaq addımları müzakirə ediblər.