• cümə, 29 Mart, 13:07
  • Baku Bakı 14°C

Bayden vergidən yayınan amerikalı milyarderləri tənqid edib

17.09.21 10:00 211
Bayden vergidən yayınan amerikalı milyarderləri tənqid edib
ABŞ prezidenti Co Bayden bəzi hallarda gəlirlərindən praktiki olaraq heç bir vergi verməyən amerikalı milyarderləri və iri şirkətləri tənqid edib.
"Report” xəbər verir ki, bu barədə Bayden Ağ Evdə çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, iqtisadi fəal əhalinin 99 faizi vergiləri ödəsə də, on milyonlarla dolları olan insanlar vergidən yayınır:
"Onlar fərqli qaydalarla oynayırlar. Çox vaxt özləri işçi olmadığı üçün Vergi xidməti milyarderlərin nə qədər qazandıqlarını müəyyən edə bilmir. İqtisadçıların hesablamalarına görə, bu rəqəm hər il təxminən 160 milyard ABŞ dollarıdır, amma bu pullar ödənilmir. Amerikada ən uğurlu korporasiyalardan 55-i federal gəlir vergisi ödəməyib, bu da 40 milyard ABŞ dollarıdır”.

banner

Oxşar Xəbərlər