Bayden: "Tramp prezident kimi fəaliyyət göstərmək iqtidarında deyil"
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Donald Trampın prezident vəzifəsini icra etmək iqtidarında olmadığını söyləyib.
APARİA Novosti-yə istinadən xəbər verir ki, Bayden bu barədə Delaverdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Lakin yeni seçilmiş prezident "Trampın impiçmentini dəstəkləyəcəksinizmi” sualına cavab verməkdən yayınıb.