• cümə, 29 Mart, 10:26
  • Baku Bakı 5°C

Bayden Ərdoğanla F-16 qırıcılarını və İsveçin NATO-ya üzvlüyünü müzakirə edib

30.05.23 10:30 759
Bayden Ərdoğanla F-16 qırıcılarını və İsveçin NATO-ya üzvlüyünü müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankaranın mümkün Amerikanın F-16 qırıcılarını alması məsələsini müzakirə edib. Dövlət başçıları Türkiyənin etiraz etdiyi İsveçin NATO-ya daxil olması mövzusuna da toxunublar.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir. Mövzular Baydenin telefon danışığı zamanı prezident seçkilərindəki qələbəsi münasibətilə Ərdoğanı təbrik edərkən müzakirə olunub.

"Ərdoğanla danışdım. Ərdoğanı təbrik etdim. O, hələ də F-16-da nəsə üzərində işləmək istəyir. Mən ona dedim ki, İsveçlə məşğul olmaq istəyirik, gəlin bunu edək", - Bayden jurnalistlərə deyib. Amerika Prezidenti əlavə edib ki, tərəflər bu məsələlərlə bağlı daha sonra əlaqə saxlayacaqlar. "Gələn həftə bu barədə daha çox danışacağıq", - Bayden deyib.

banner

Oxşar Xəbərlər