• cümə, 26 Aprel, 08:53
  • Baku Bakı 12°C

Bayden Putini "layiqli rəqib" hesab etdiyini deyib

15.06.21 09:30 238
Bayden Putini "layiqli rəqib" hesab etdiyini deyib
ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini "layiqli rəqib”, ağıllı və sərt bir siyasətçi adlandırıb.
APATASS-a istinadən xəbər verir ki, bu barədə o, NATO sammitinin ardından Brüsseldə mətbuat konfransında çıxış edərkən deyib.
"Mən onunla artıq görüşmüşəm. Ağıllı, sərt birisidir və deyərdim ki, layiqli bir rəqibdir”, - deyə Bayden bildirib.
ABŞ prezidenti, bir müddət əvvəl qalmaqallı çıxışında da dediyi kimi, Putini hələ də qatil hesab edib-etmədiyinə aydınlıq gətirməsi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.
C.Bayden Cenevrədə V.Putinlə görüşdə Rusiya Federasiyası ilə ABŞ arasında potensial əməkdaşlıq sahələrini müəyyənləşdirəcəyini deyib və sammiti kritik adlandırıb.

banner

Oxşar Xəbərlər