Bayden-Putin görüşünün keçiriləcəyi məkan məlum olub
İyunun 16-da İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin görüşünün keçiriləcəyi məkan məlum olub.
APA-nın İsveçrə Xarici İşlər federal departamentinə istinadən verdiyi məlumata görə, görüş La Qranj villasında baş tutacaq.
Kremldən də məlumatı təsdiqləyiblər.