• çərşənbə, 24 Aprel, 15:12
  • Baku Bakı 27°C

Bayden iyunun 28-də Ağ Evdə İsrail prezidenti ilə görüşəcək

20.06.21 10:00 286
Bayden iyunun 28-də Ağ Evdə İsrail prezidenti ilə görüşəcək
ABŞ Prezidenti Co Bayden iyunun 28-də İsrailli həmkarı Reuven Rivlinlə Ağ Evdə görüşəcək.
APATASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki yazılı açıqlamasında bildirib.
"Görüşdə ABŞ-İsrail arasındakı güclü tərəfdaşlıq münasibətləri, hökumətlərimiz və xalqlarımız arasındakı dərin əlaqələr və s. vurğulanacaq”, deyə Psaki qeyd edib.
Onun sözlərinə görə, prezidentlər bölgənin üzləşdiyi bir çox çətinlik və imkanları müzakirə edəcəklər.
Rivlinin prezidentlik müddətinin sona çatdığını deyən Psaki əlavə edib ki, bu səfər illər ərzində İsrail prezidentinin iki ölkə arasındakı dostluğun möhkəmləndirilməsində göstərdiyi fədakarlığına bir hörmət olacaq.
banner

Oxşar Xəbərlər