Bayden ABŞ-ın ATƏT-də daimi nümayəndəsi vəzifəsinə namizəd irəli sürüb
ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların ATƏT yanında nümayəndəsi vəzifəsinə Rusiya və Ukrayna üzrə məşhur mütəxəssis hesab edilənMaykl Karpenterin namizədliyini irəli sürüb.
"Report”xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Karpenterin namizədliyini Senat təsdiqləməlidir.Qeyd edək ki, o, hazırda Pensilvaniya Universitetində Bayden adına diplomatiya üzrə mərkəzə başçılıq edir. Bir zamanlar müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini olub, bundan əvvəl isə ABŞ-ın vitse-prezidentinin Avropa və Avrasiya üzrə xüsusi məsləhətçisi işləyib.
Maykl Karpenter həmçinin Rusiya məsələləri üzrə ofisin direktor müavini vəzifəsində çalışıb və ABŞ Dövlət Departamentində Qafqazda regional münaqişələrlə məşğul olub.Karpenter polyak, sloven, çex, fransız və alman dillərini bilir.
"Report” xatırladır ki, o, 2016-cı ildə ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini kimi Bakıya səfər edib. Maykl Karpenter həmin il oktyabrın 31-də Azərbaycan rəsmiləri ilə də regionda sülh və sabitlik mövzusunda müzakirələraparıb.