• cümə, 29 Mart, 09:30
  • Baku Bakı 5°C

Bayden ABŞ-a gələnlərə qarşı yeni tələblər irəli sürüb

22.01.21 09:30 389
Bayden ABŞ-a gələnlərə qarşı yeni tələblər irəli sürüb
ABŞ-ə gələnlərdən yalnız COVID üçün mənfi test nəticəsi deyil, eyni zamanda karantin tələb olunacaq.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni prezidenti Cozef Bayden açıqlayıb.
"Bildiyimiz yeni virus ştammları ilə əlaqədar ABŞ-a başqa ölkələrdən gələnlərə qarşı yeni qabaqlayıcı tədbirlər tətbiq edirik. Maska taxmaqla yanaşı, başqa ölkələrdən ABŞ-a uçan hər kəs təyyarə enməzdən öncə və uçuşdan qabaq koronavirus üçün test verməli və Amerikaya gəldikdən sonra karantindən keçməlidir”, - deyə Bayden Ağ Evdə çıxışı zamanı bildirib.

banner

Oxşar Xəbərlər