Başqasının əvəzinə “baş” işlədənlər
I və IV fənn blokuna daxil olan ixtisaslar üzrə qəbul imtahanı artıq
yekunlaşıb. Bu imtahanlarda da əvvəlki "ənənə” davam etdirilib,
başqalarının əvəzinə imtahan verməyə cəhd edənlər olub. Belə ki, 3 nəfər
başqasının yerinə imtahana verməyə cəhd etsə də, üz tanıma cihazı vasitəsilə
aşkarlanıb və imtahana buraxılmayıblar. Dövlət
İmtahan Mərkəzinin "Təşkilati metodiki təminat və təlimlər” sektorunun müdiri
Adıgözəl Həbibov abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı faktı qeyd edib. Bundan əlavə, imtahan binasına
telefon keçirmə cəhdləri də uğursuzluqla nəticələnib. 2 abituriyent imtahan zalında
telefondan istifadə etmək istəyərkən aşkarlanıb. Sektor müdiri onların da imtahandan
xaric edildiklərini bildirib. Cavab vərəqlərini imtahan binasından çıxardığına görə
isə 4 abituriyentin nəticələri ləğv edilib. "İmtahanlarda iştirakçıların hüquqları
ilə yanaşı, vəzifələri də var. Bu vəzifələrin ən başlıcası tələb olunan imtahan
qaydalarına əməl olunmasıdır”.
Dövlət
İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə
Abbaszadə də təəssüflə zaman-zaman bəzi abituriyentlərin qaydaları pozmağa cəhd
göstərdiklərini və onlara qarşı müvafiq tədbirlər həyata keçirməyə məcbur olduqlarını
qeyd edib: "Saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan
binasına, zalına mobil telefon və digər rabitə vasitələri gətirmək və onlardan
istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab
vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini
və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq və digər
pozuntular daha çox müşahidə olunur. Bütün bunlar DİM tərəfindən həyata keçirilən
təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini, əlavə işçi qüvvəsinin cəlb
olunmasını və imtahanların təşkilinə ayrılan xərclərin artırılmasını tələb edir”.
Təbii ki, abituriyentin göstərilən
hərəkətlərə yol verməsi halları aşkar edildikdə, o, imtahandan xaric olunur və nəticələri
ləğv edilir. Həmçinin abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan
sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edilir və yenə də DİM-in
nəticələri ləğv etmək hüququ var.
Elə aprel ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edən 48
abituriyentin nəticələrinin ləğv olunması faktını xatırlatmaq kifayətdir. Belə
ki, 7, 14 və 21 aprel tarixlərində
keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında
sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər
səbəblərdən ümumilikdə 31 abituriyent imtahandan xaricolunub və onların
nəticələri ləğv olunub. İmtahanlardan sonra aparılan araşdırmalar nəticəsində
kommersiya məqsədi ilə fəaliyyət göstərən müxtəlif kurslar və orada repetitorluq
fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən abituriyentlərinmüxtəlif
qayda pozuntularına yol verməyə sövq edilməsi halları aşkar olunub. Bundan
əlavə, müxtəlif hazırlıq kurslarının əməkdaşları sosial şəbəkələrdə yaradılan
səhifə və qruplarda imtahan suallarının əldə edilməsi, paylaşılması, hətta
imtahandan öncə bir binada və zalda imtahan verən abituriyentlərin tapılması,
tanış edilməsi və digər işlərin təşkil edilməsində fəallıq göstərirlər.
Bəs qəbul və buraxılış imtahanları zamanı baş verən
bu cür mənfi halların qarşısının alınması üçün hansı addımlar atılır? Bütün
hallarda, insan taleyini və gələcəyini müəyyənləşdirən sınaqların
saxtalaşdırılmasına asanlıqla göz yummaq olmaz.
Yaddaş kitabçası
DİM-in mətbuat xidmətindən "Kaspi”yə
daxil olan məlumatda bu cür halların qarşısının alınması üçün lazımı tədbirlər
görüldüyü qeyd edilir. Belə ki, binaya daxil olarkən abituriyentlərin imtahana
buraxılış vərəqəsi vəşəxsiyyəti təsdiq edən sənədləri diqqətlə yoxlanılır. Şəkillərinuyğunluğu
tutuşdurulur. Bundan əlavə, bəzi imtahan binalarına girişzamanı imtahan
iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə"Face Recognition”
(üzün tanınması) texnologiyasına əsaslananproqram-texniki vasitələrdən istifadə olunur: "Bakalavrlarınşəkli
"Giriş-çıxış və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmışməlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in
informasiya sistemlərindəngötürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanıisə
proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüşşəklini
onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsəaid
olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiqedilməsində
əsas məqsəd bakalavrların imtahan binasına buraxılışrejimini daha surətli
həyata keçirmək və qeydiyyatdan keçmişbakalavrların əvəzinə başqa bir
şəxsin imtahan binasına daxil olmasınınqarşısını almaqdır. Həmçinin
imtahan zalında imtahan rəhbəri də ondaolan şəkilli kataloqa əsasən bir
daha şəkillə abituriyentin uyğunluğunu yoxlayır”. DİM-in mətbuat xidmətinin
rəhbəri Xanlar Xanlarzadə bildirdi ki, belə hallar xüsusi araşdırılır və onun
nəticələrinə əsasən qərarlarqəbul olunur: "Məsələn, keçən il belə hal olmuşdu və bununla bağlı
cinayətişi açılaraq məhkəməyə göndərilib”. Bu istiqamətdə əhali ilə
maarifləndirmə işlərinin aparılmasına gəlincə, DİM rəsmisi bildirdi ki, hər bir
imtahandan öncə sırf həminimtahan üçün "Yaddaş kitabçası” hazırlanır:
"Burda bütün qaydalar bir daha qeyd olunur. Hətta "imtahana buraxılış
vərəqəsində” də qaydalardanəsas hissələr yazılır ki, bir daha tanış olsunlar.
İmtahan başlamamışdanöncə də, nəzarətçi təlimatı oxuyur, qayda və
qanunları izah edir”.
Valideynlərin məsuliyyəti
DİM-in İctimai Nəzarət
Şurasının üzvü Etibar Əliyev hesab edir ki, başqasının əvəzinə imtahana daxil
olmaq sui-istifadə halıdır. Burda böyük məsuliyyət məsələsi var: «İmtahan
zamanı biz şahidi olduq ki, DİM rəhbərliyi bu cür neqativ halların aradan
qaldırılması üçün müasir texnologiyalar əldə edib. Həmin texnologiya vasitəsilə
kim kimin əvəzinə imtahana daxil olursa, əsl imtahan verənin fotosu əsasında
dəqiq müəyyənləşdirə bilirlər. Sovet vaxtı bu cür halları aşkarlamaq çətin idi.
Çünki texnologiya inkişaf etməmişdi. Kimsə kiminsə əvəzinə rahat imtahan verə
bilirdi. Bu gün isə bu, mümkün deyil”. Təhsil eksperti hesab edir ki, bu hal, kiminsə
ali məktəbdə yerini tutmaq məsuliyyətini daşıyır: "Kiminsə əvəzinə imtahana
savadlı birisinin daxil olması, başqa birisinin hüququnun pozulmasına gətirib
çıxarır. DİM ötən illərdə bir neçə belə neqativ hal barədə hüquq-mühafizə
orqanlarına müraciət edib. Ancaq təkrar olaraq belə bir addımın atılması
başadüşülən deyil. Konkret olaraq bu işin sonu yoxdur. Xüsusən müasir
texnologiyalar bütün hallarda saxtalığı aşkara çıxara bilirlər” Ekspertin
fikrincə, bu işdə valideynlərin də üzərinə məsuliyyət düşür: "Onlar övladlarını
bu işdən çəkindirməlidirlər. Bu, perspektivsiz işdir. Tövsiyə edərdim ki,
abituriyentlər belə addımları atmasınlar. Həm də bunun hüquq tərəfi var. Bu isə
heç də ürəkaçan nəticələrə gətirib çıxarmır”. E.Əliyev hesab edir ki, insanları
bu cür addımlar atmaqdan çəkindirmək üçün təbii ki, evbəev, qapı-qapı düşüb
fərdi şəklidə təbliğat aparmaq mümkün deyil: "İnformasiyalar sosial şəbəkələrdə
aktiv yayılır. İnsanlar şagird və ya abituriyent səviyyəsində belə,
informasiyaları bir-birinə ötürürlər. Kimlərsə "birdən baş tutar və ya aşkara
çıxmaz” deyərək özünü taleyin ümidinə buraxır. Ancaq ağı nəticələr olandan
sonra artıq başa düşürlər. Hesab edirəm ki, görülən tədbirlər nəticəsində
əvvəllər belə hallar çox olsa da, get-gedə səngimək üzrədir”.
Hüquqşünas Səməd Vəkilov isə məsələnin hüquqi tərəfini belə şərh etdi:
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5-ci maddəsinə əsasən yalnız
həmin məcəllədə ictimai təhlükəli əməl kimi cəza təhdidi altında nəzərdə
tutulan əməl, cinayət hesab edilir. Və mülki qanunvericilikdən fərqli olaraq,
Cinayət qanunvericiliyi analogiyanın tətbiqinə yol verilmir. Odur ki,
başqasının əvəzinə imtahana qatılmaq istəyən şəxsləri cinayət məsuliyyətinə
cəlb etmək və cəza vermək mümkün deyil. Çünki yuxarıda qeyd etdiyim kimi,
Cinayət Məcəlləsində belə bir maddə olmadığı üçün bu, mümkünsüz olur”.
Hüquqşünas Cinayət Məcəlləsinə belə bir maddənin əlavə edilməsini təklif edir:
"Vaxtilə qəbirlər üzərində təhqiramiz hərəkətlər edən və meyitlərin qızıl
dişini çıxaran şəxsləri, məcəllədə maddə olmadığı üçün cinayət məsuliyyətinə
cəlb edə bilmirdilər və sonda məcəlləyə belə bir maddə əlavə edildi”.
Görünür, məsələnin həlli istiqamətində daha radikal addımlar
atılmalıdır. Əgər imtahanlarda bu tip saxtakarlıq halları aşkarlanır və son
verilmirsə, hətta müəllimlər səviyyəsində oxşar faktlara rast gəlinirsə, deməli,
problem daha ciddidir.
Təranə Məhərrəmova