• çərşənbə axşamı, 23 aprel, 15:10
  • Baku Bakı 24°C

“Başqa bir Messi doğulmayacaq, Ronaldoya isə o bənzəyir”

23.04.19 16:00 578
“Başqa bir Messi doğulmayacaq, Ronaldoya isə o bənzəyir”
"Monako”nun futbolçusu Sesk Fabreqas Lionel Messi, Kriştiano Ronaldo və Kilian Mbappe arasında müqayisə aparıb.
Kaspi.az xəbər verir ki, Fabreqas Mbappeni olduqca istedadlı futbolçu kimi xarakterizə edib. O, Kilianın daha çox Ronaldoya bənzədiyini deyib:
"Hər dəfə Mbappeyə baxdıqda, özümü onunla eyni meydanda təsəvvür edirəm. Əgər o, belə davam etsə, ciddiliyini, nizam-intizamı qorusa, onda onun bacarığı sərhədsiz olacaq.
Düşünmürəm ki, bundan sonra yeni bir Messi doğulacaq. Ronaldo isə xüsusi mentalitetə sahibdir. Mbappe daha çox Ronaldoya bənzəyir.
Kilian gəncdir, özünə inamı var, istedadlıdır, güclüdür. O, heç bir müdafiəçidən çəkinmir. Daim yeni nəsə etməyə cəhd göstərir”.
Fabreqas "Monako”da bu ilin yanvarından çıxış edir.
banner

Oxşar Xəbərlər