• çərşənbə axşamı, 23 aprel, 10:27
  • Baku Bakı 20°C

Başında dəbliqə, çiynində avtomat

07.05.20 14:33 741
Başında dəbliqə, çiynində avtomat
"Tottenhem”in futbolçusu Son Hın Min Cənubi Koreya ordusunda xidmət keçir.
Kaspi.az xəbər verir ki, futbolçunun hərbi formada olan şəkli mətbuatda yayılıb. Sonun başında dəbliqə, çiyinində avtomat var.
27 yaşlı futbolçu Ceju adasında dəniz piyadalarının təlim-məşq bazasında xidmət keçir. Təlim zamanı o, gözyaşardıcı qaza məruz qalacaq, uzun məsafələr qət edəcək və silahla davranmağı öyrənəcək.
Cənubi Koreya qanunlarına görə, 28 yaşa qədər hər kəs 21 ay hərbi xidmət keçməlidir. Amma Son 2018-ci ildə Cənubi Koreya yığmasının heyətində Asiya çempionu olduğu üçün hərbi xidmətdən azaddır. O, bir ay müddətində təlimlərdə iştirak edəcək.
banner

Oxşar Xəbərlər