• şənbə, 20 Aprel, 00:35
  • Baku Bakı 15°C

Başına şal bağlayıb oğurluq etdi

01.07.14 13:32 886
Başına şal bağlayıb oğurluq etdi
Göygöldə oğurluq hadisəsi baş verib. Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun mərkəzində baş verib.
Anspress xəbər verir ki, Göygöl şəhər sakini Emin Haqverdiyev polisə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus mağazadan 900 manat pul, telefon danışıq kartları və müxtəlif ərzaq məhsulları oğurlanıb. Zərərçəkmişin müraciəti əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq faktının üstü açılıb. Məlum olub ki, mağazadan oğurluq edən şəxs rayon sakini, 1984-cü il təvəllüdlü Elşən Hacıyevdır.
Elşən Hacıyevin saxlanılması üçün əməliyyat keçirilib. Elşən bıçaqla zor tətbiq edərək onların həyatı üçün təhlükə yaradıb. Elşən Hacıyev əməlini etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə ittiham elan edilib.
Elşən Hacıyev ifadə verərəkən bildirib ki, mağazaya anbardan daxil olub və bu zaman mağazanın müşahidə kamerasına düşməməsi üçün başına şal bağlayıb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər