• cümə axşamı, 18 aprel, 11:33
  • Baku Bakı 12°C

Baş Prokurorluq polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb

09.07.21 12:20 287
Baş Prokurorluq polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Bakıda polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindənAPA-ya verilən məlumatda bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.
banner

Oxşar Xəbərlər