• şənbə, 20 Aprel, 15:41
  • Baku Bakı 23°C

Baş Prokurorluq ANAMA-nın əməkdaşının minaya düşməsi ilə bağlı məlumat yayıb

06.08.21 10:04 304
Baş Prokurorluq ANAMA-nın əməkdaşının minaya düşməsi ilə bağlı məlumat yayıb
Avqustun 6-da saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş ProkurorluqdanTrend-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

banner

Oxşar Xəbərlər