• cümə axşamı, 28 mart, 21:31
  • Baku Bakı 13°C

ABŞ və KXDR arasında keçiriləcək sammitin məqsədi açıqlanıb

22.02.19 09:30 442
ABŞ və KXDR arasında keçiriləcək sammitin məqsədi açıqlanıb
ABŞ prezidenti Donald Tramp Koreya yarımadasının bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında Hanoyda keçiriləcək sammitlə bağlı yaydığı bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Böyük imkanlar: Prezident Donald Tramp Koreya yarımadasının və dünyanın bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır. Sammitin məqsədi - Sinqapurda iki liderin üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində gələcək irəliləyiş: münasibətlərin dəyişdirilməsi, möhkəm və sabit dünya və Koreya yarımadasının tam denuklearizasiyası".

Qeyd edək ki, ABŞ və Koreya Xalq Demokratik Respublikasının iderləri Donald Tramp və Kim Çen Inın ikinci görüşü 27-28 fevral tarixlərində Hanoyda keçiriləcək.
banner

Oxşar Xəbərlər