• cümə axşamı, 28 mart, 18:21
  • Baku Bakı 13°C

Baş həkimdən rüşvət tələb edən reket "jurnalist" həbs edildi

12.07.21 19:15 308
Baş həkimdən rüşvət tələb edən reket "jurnalist" həbs edildi
Bakıda baş həkimdən rüşvət tələb edən daha bir reket "jurnalist" həbs edilib.
Sabunçu rayon prokurorluğundanKaspi.az-a verilən məlumata görə, "sheffaf.az” xəbər portalının baş redaktorunun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib. Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü "www.azinfo.tv” və "www.sheffaf.az" xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
banner

Oxşar Xəbərlər