• şənbə, 27 Aprel, 05:08
  • Baku Bakı 14°C

Baş həkim: “İrandan Astaraya gələn xəstələrin sayı artıb”

06.02.18 17:52 789
Baş həkim: “İrandan Astaraya gələn xəstələrin sayı artıb”
"Tibbi dispanserizasiya çərçivəsində ötən il Astara rayonunun 106527 sakinindən 81883 nəfəritibbi müayinədən keçirilib”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlövsət Əliyev Nazirlikdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda deyib.

Ə. Əliyev bildirib ki, tibbi dispanserizasiya çərçivəsində rayon mərkəzi xəstəxanasında yaradılmış səyyar həkim briqadaları rayon mərkəzindən 50 km aralıda yerləşən dağ kəndlərində tibb məntəqələrində, lazımı gəldikdə təcili yardım maşınlarında, bəzən evlərdə əhalini müayinələrdən keçirib, tibbi yardımlar göstərib: "Məhz son illər Azərbaycan səhiyyəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, Astaradan İrana deyil, İrandan Astaraya gələn xəstələrin sayı günü-gündən artıb. Hazırda dispanserizasiya barədə Nazirliyin müvafiq sərəncamı alınıb və buna uyğun tədbirlər planı tam hazırlanıb, tibbi şura keçirilərək bütün məsələlər müzakirə edilmiş və bu il əhalinin icbari tibbi dispanserizasiyasının müvəffəqiyyətlə keçirilməsinə xəstəxana tam hazırdır”.
banner

Oxşar Xəbərlər