• cümə, 29 Mart, 03:12
  • Baku Bakı 7°C

Baş direktor onun saxlayacaqları ilə bağlı vəd verdi

11.01.19 15:15 691
Baş direktor onun saxlayacaqları ilə bağlı vəd verdi
İnter”in futbolçusu Mauro İkardinin arvadı həyat yoldaşının müqaviləni uzatmayacağı barədə məlumatı diqqətinizə çatdırmışdıq.
Kaspi.az xəbər verir ki, İkardinin həyat yoldaşı bildirmişdi ki, futbolçu ya "Real”a, ya da "Çelsi”yə keçəcək. Bu açıqlama "İnter” azarkeşləri arasında narahatlıq yaradıb. Milan klubunun baş direktoru Cüzeppe Marotta məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. O, azarkeşlərə İkardinin qalacağı ilə bağlı vəd verib:
"Hazırda bizim İkardi ilə münasibətlərimiz əladır. Mauro bizim kapitanımız və əsl peşəkardır. Mütləq onun müqaviləsi ilə bağlı müzakirə aparacağıq. Bizim aramızda heç bir problem yoxdur.
Onunla müqaviləni uzadacağımızla bağlı fanatlara söz verə bilərəm? Əlbəttə. Azarkeşlər narahat olmaya bilərlər”.
banner

Oxşar Xəbərlər