AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Barselona“ ulduzunun adı biabırçı qalmaqalda

“Barselona“ ulduzunun adı biabırçı qalmaqalda

İdman
27 Aprel 2013, 10:10 1680
Aprelin 10-da o, ata olub: sevgilisi, 38 yaşlı Daniella Semaan futbolçunun Liya adlı qızını dünyaya gətirib.

Liya futbolçunun ilk, Daniellanın üçüncü övladıdır.
Semaanın əslən Livandan olan ərəb milyonçu Əli Taktukdan 11 yaşlı qızı və 9 yaşlı oğlu var.

Daniella Semaan 22 yaşında Əli Taktuka ərə gedib.
O, Fransesk Farbeqasla 2010-cu ildə Londondakı yapon restoranında tanış olub.

Bu yaxınlarda Fabreqas qoluna ərəb dilində döymə vurdurub. Tatuda yazılıb: "D: əbədi həyatımdır".

Milli.az-ın məlumatına görə, Londonda yaşayan, mediada "Kraliça DD" (Queen DD) kimi tanınan Daniella Semaan indi "Barselona"nın futbolçusunun adının biabırçı qalmaqalda hallanmasına səbəb olub.
Belə ki, ərəb milyonçu Əli Taktukun dediyinə görə, o, Daniellanı hələ də boşamayıb.
Boşanmamış qadın isə ərinə 2010-cu ildə xəyanət edib və faktiki olaraq əri ilə yox, Fransesk Farbeqasla birlikdə yaşayıb.

Taktuk London Apellyasiya Məhkəməsinə müraciət edərək sabiq arvadını və Fransesk Fabreqasdan təzminat tələb edib.

Daniella deyir ki, Fabreqasdan oğlu üçün imza alanda tanış olub və hər şey "təsadüfən alınıb".

"Barselona"nın futbolçuları isə əksini söyləyirlər. Onların sözlərinə görə, Fabreqas yapon restoranında olanda Daniella onun masasına yaxınlaşıb, üzərinə telefon nömrəsini yazdığı kağız parçasını futbolçuya verib.
İki uşaq anası və futbolçu arasında aşiq-məşuqluq beləcə başlanıb.

Daniellanın əri Əli Taktuk isə arvadının ona xəyanət etməsindən bir il sonra, 2011-ci ilin iyun ayında qəzetdə Fransesk və Daneillanın Fransanın cənubundakı Nissa şəhərindəki çimərlikdə yarıçılpaq vəziyyətdə öpüşdükləri zaman çəkilmiş fotoları görəndə xəbər tutub.

Məhkəmədə verdiyi ifadəsində Əli Taktuk arvadını əxlaqsızlıqda, xəyanətdə, 13 illik nikahı yerə vurmaqda suçlayıb.
O, xəyanətə görə arvadından və Fabreqasdan təzminat istəyib.
Daniella Semaan isə bildirib ki, Fabreqasla görüşməsindən ərinin xəbəri olub və buna etiraz etməyib. "Sonra boşandıq. Londonda yaşayıram və uşaqlarımın yaşamını Fransesk Fabreqas təmin etmir. Bu səbəbdən də sabiq ərimdən maddi təzminat və aliment tələb edirəm", - 38 yaşlı Daniella deyib.

Daniella Semaan livanlı Əli Taktukla nikahda olduğu dönəmdə Londonun Belqraviya səmtində satın aldıqları 7 milyon funt-sterlinq dəyərində malikanənin satılmasını və pulların yarı bölünməsini, habelə Taktukun ona 1,4 milyon funtluq yeni mənzil almasını tələb edir: "Fransesk mənə pul vermir. O, yalnız qızımız Liya ilə bağlı xərcləri təmin edir".

Taktuk bu tələbi "həyasızlıq" adlandırıb: "Fransesk Fabreqas və mənim sabiq, tamahkar və əxlaqsız arvadım birləşərək pullarıma, əmlakıma yiyələnməyə çalışırlar. Buna imkan verməyəcəyəm".

Daniella Semaan qatı və mömin katolik olduğunu desə də, onu açıq-saçıq geyimlər və dərin dekoltelərə görə "Kraliça DD" adlandırırlar.