• cümə, 29 Mart, 18:55
  • Baku Bakı 14°C

Barsa”nın futbolçusu yaşadığı mənzili zibilliyə çeviribmiş

16.11.18 11:20 588
Barsa”nın futbolçusu yaşadığı mənzili zibilliyə çeviribmiş
"Barselona” yarımmüdafiəçisi Usman Dembelenin intizamı ilə bağlı boşuna narahatlıq keçirmir.
Kaspi.az xəbər verir ki, Dembele ilə bağlı daha bir qalmaqallı məlumat yayılıb. Bu dəfə ona qarşı Dormundda kirayədə qaldığı evin sahibi ittiham irəli sürüb. O, Dembeleni məhkəməyə verib.
Ev sahibi iddia edir ki, Dembele mənzili tərk etdikdən sonra ora baş çəkərkən dəhşətə gəlib: "Hər yer, soyuducu dolabların arxası zibillə dolu idi. O, hətta açarları da təhvil verməyib”.
Bütün bunlara görə, mənzilin sahibi Herd Vayzenberq Usmandan 20 min avro tələb edir. Dembele "Barsa”da 2017-ci ildən çıxış edir.
O, bir müddət əvvəl məşqə gecikməsi ilə gündəmə gəlmişdi. "Barsa” agenti vasitəsilə ona xəbərdarlıq edib ki, özünün peşəkar kimi aparsın.
banner

Oxşar Xəbərlər