• şənbə, 20 Aprel, 08:56
  • Baku Bakı 14°C

“Barsa”nın baş məşqçisi olmasa, onu öldürəcək

19.09.19 12:15 544
“Barsa”nın baş məşqçisi olmasa, onu öldürəcək
"Barselona”nı n sabiq futbolçusu Samuel Eto'O keçmiş həmklubu Xavi barədə danışıb.
Xavi hazırda Qətərin "Əl-Səəd” klubunda baş məşqçi işləyir. Kaspi.az xəbər verir ki, Eto'O gələcəkdə "Barselona”ya məhz Xavinin başçılıq etməli olduğunu bildirib:
"Hazırda Xavi "Əl-Sədd”in bossudur. Amma gələcəkdə "Barselona”nın baş məşqçisi olmasa, onu öldürəcəyəm.
2006-cı ildə ÇL-in finalında Xavi Maradona, Messi, Ronaldo ilə eyni səviyyədə idi. Onun özünə demişəm ki, oynadığım və məşq etdiyim ən yaxşı futbolçudur.
Mən bu sözü o vaxt deyəndə insanlar təəccüblənmişdilər ki, niyə Messinin, Ronaldonun adlarını çəkmirəm. Amma zaman mənim haqlı olduğumu göstərdi.
Xavi ilə İnyestanı Messi və Ronaldo ilə bir sıraya qoymaq istəmirlər. Ancaq bu futbolçular onlarla eyni səviyyədədirlər”.
Samuel "Barselona”nın heyətində iki dəfə - 2006 və 2009-cu illərdə Çempionlar Liqasının qalibi olub.
banner

Oxşar Xəbərlər