“Barsa”nın baş məşqçisi olmasa, onu öldürəcək
"Barselona”nı n sabiq futbolçusu Samuel Eto'O keçmiş həmklubu Xavi
barədə danışıb.
Xavi hazırda Qətərin "Əl-Səəd” klubunda baş məşqçi işləyir. Kaspi.az
xəbər verir ki, Eto'O gələcəkdə "Barselona”ya məhz Xavinin başçılıq etməli olduğunu bildirib:
"Hazırda Xavi "Əl-Sədd”in bossudur. Amma gələcəkdə "Barselona”nın baş
məşqçisi olmasa, onu öldürəcəyəm.
2006-cı ildə ÇL-in finalında Xavi Maradona, Messi, Ronaldo ilə eyni
səviyyədə idi. Onun özünə demişəm ki, oynadığım və məşq etdiyim ən yaxşı
futbolçudur.
Mən bu sözü o vaxt deyəndə insanlar təəccüblənmişdilər ki, niyə
Messinin, Ronaldonun adlarını çəkmirəm. Amma zaman mənim haqlı olduğumu
göstərdi.
Xavi ilə İnyestanı Messi və Ronaldo ilə bir sıraya qoymaq istəmirlər.
Ancaq bu futbolçular onlarla eyni səviyyədədirlər”.
Samuel "Barselona”nın heyətində iki dəfə - 2006 və 2009-cu illərdə
Çempionlar Liqasının qalibi olub.