“Barsa”da onunla çox pis davranıblar
Dortmund
"Borussiya”sının futbolçusu Pako Alkaser sabiq klubu "Barselona”ilə ÇL-in qrup
mərhələsində keçiriləcək oyun barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Alkaser qol vuracağı təqdirdə, sevinib-sevinməyəcəyini qətiləşdirmədiyini
bildirib. O, "Barsq”da hamının ona hörmətlə yanaşmadığını da etiraf edib:
"Qol vurandan
sonra sevinəcəyimə əmin deyiləm. Bunun əsas səbəbi sabiq klubuma olan hörmətdir.
Ancaq qol vurduqdan sonra sevinci gizlətmək də çox çətindir.
"Barselona”da
olarkən mənimlə yaxşı rəftar edənlərə böyük hörmət bəsləyirəm. Ancaq orda bəziləri
mənimlə çox pis rəftar ediblər.
Kimlərsə özlərini
olduqca dəhşətli tərzdə aparırdılar. Vacib amil o idi ki, mənə inandıqlarını
hiss edim. Ancaq bəzi şəxslər bunun əksini edirdilər”.
"Borussiya” –
"Barselona” qarşılaşması sentyabrın 17-də Dortmundda keçiriləcək.