• cümə, 19 Aprel, 11:17
  • Baku Bakı 13°C

“Barsa”da kütləvi istefa

10.04.20 11:30 712
“Barsa”da kütləvi istefa
"Barselona”nın direktorlar şurasının 6 üzvü istefa verib.
Sportinfo.az xəbər verir ki, istefa verənlər Emili Ruso, Enrike Tombas, Silvio Elvas, Mariya Teyşidor, Jozep Pont, Jordi Klasamilyadır.
Məlumata görə, funksionerlər pandemiya dövründə klubun idarəedilməsində yaranan çətinlikləri və sosial şəbəkələrdə Lionel Messinin tənqid olunmasını əsas gətirərək istefaya gediblər. Onların məsələ ilə bağlı yaydıqları bəyanatda deyilir:
"Bildirmək istəyirik ki, biz, "Barselona”dakı vəzifəmizdən qeyd-şərtsiz istefa verdiyimiz barədə prezidenti məlumatlandırdıq.
Klubun qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilməyəcəyini, xüsusən də, post-pandemik dövrdə idarəetmədə çətinliklər olacağını əsas gətirərək istefaya getməklə bağlı qərar verdik”.
banner

Oxşar Xəbərlər