• şənbə, 20 Aprel, 12:54
  • Baku Bakı 23°C

“Barsa” onunla maliyyə məsələsində dil tapdı

16.03.20 13:21 1305
“Barsa” onunla maliyyə məsələsində dil tapdı
Mark-Andre ter Şteqen "Barselona” ilə yeni müqavilə bağlaya bilər.
Kaspi.az xəbər verir ki, Şteqen məvacibinin artırılmasını tələb edirdi. O, yeni müqavilədə ilə 15 milyon avro məvacib tələb edirdi.
Ancaq "Barselona” rəhbərliyi onun bu tələbini yerinə yetirə bilmək iqtidarında olmadığını bildirmişdi. Məlumata görə, tərəflər maliyyə məsələsində razılıq əldə ediblər.
Alman qapıçı ilə müqavilə 2024-cü ilə qədər uzadılacaq. Şteqenin illik məvacibi isə 6,3 milyon avro olacaq. Amma qapıçı, əlavə olaraq bonuslar da alacaq.
Mark-Andre ter Şteqen "Barselona”da 2014-cü ildən çıxış edir. Onun qüvvədə olan müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər