• cümə, 29 Mart, 03:27
  • Baku Bakı 7°C

Barsa” onu alıb PSJ-yə verir, Neymarın əvəzinə

20.06.19 10:52 557
Barsa” onu alıb PSJ-yə verir, Neymarın əvəzinə
PSJ-nin futbolçusu Neymarın "Barselona”ya qayıtması məsələsi gündəmə gəlib.
Kaspi.az xəbər verir ki, a”Barsa”nın kapitanı Lionel Messi də klub prezidentindən xahiş edib ki, Neymarı qaytarsın. Rəhbərlik bu tranfsferi həll etmək üçün müəyyən planlar cızırlar.
Onlardan biri də Antuan Qrizmanla bağlıdır. "Barselona” Qrizmanı transfer etdikdən sonra onu Neymarın keçidinə cəlb etməyi və PSJ-yə verməyi planlaşdırır.
Qrizmanın transferi "Barsa”nın futbolçuları tərəfindən narazılıqla qarşılandığı üçün klub rəhbərliyi bu planı reallaşdırmağa cəhd göstərir.
Məlumata görə, "Barselona” hələ mart ayında Qrizmanla müqavilənin şərtlərini məxfi şəkildə razılaşdırıb. Onunla rəsmi müqavilənin iyulun 1-dən sonra imzalanacağı gözlənilir.
banner

Oxşar Xəbərlər