Bank VTB (Azərbaycan) overdraft xidmətini təklif edir
Bank VTB (Azərbaycan) sahibkarlara qısamüddətli kredit məhsulu olan
overdraftdan istifadə etməyi təklif edir. Bankdan Kaspi.az-a verilən məlumatda
bildirilir ki, overdraftın müddəti 1 gündən 30 günədək təşkil edir.
Overdraft hesablaşma hesabındakı pul dövriyyəsində müvəqqəti vəsait
çatışmazlığı ilə üzləşən müştərilərə avtomatik verilən qısamüddətli kreditdir.
Overdraft xidməti hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul
olan fiziki şəxslər üçün nəzərdə tutulub.
Məhsuldan istifadə etmək üçün bankın müştərilərinə limit
müəyyənləşdirmək və müvafiq anketi doldurmaq kifayətdir. Bankın müştərisi
olmayan şirkətlər overdraftdan istifadə üçün əlavə olaraq digər bankdakı
hesablarındakı dövriyyə üzrə arayış təqdim etməli, xidmətin göstəriləcəyi
barədə təsdiq aldıqdan sonra bank VTB (Azərbaycan)-da hesablaşma hesabı
açmalıdır.
Overdraft sadələşdirilmiş prosedurla və minimal sənəd toplumu ilə
təqdim olunur. Overdraftın alınması üzrə qərar verilməsi və vəsaitin ayrılması
maksimal qısa müddətdə, operativ həyata keçirilir.
Overdraft üzrə limit müştərinin tələbatını nəzərə almaqla fərdi
qaydada müəyyənləşdirilir. Overdraft xidməti barədə daha ətraflı məlumatı
bankın filiallarından, habelə bankın saytındakı onlayn-konsultasiya xidmətindən
və (012) 986 qısa nömrəli Çağrı Mərkəzindən əldə etmək olar.