• çərşənbə, 17 Aprel, 01:14
  • Baku Bakı 14°C

Balıqların nəslinin kəsilməsinin başlıca səbəblərindən biri

19.09.19 10:15 535
Balıqların nəslinin kəsilməsinin başlıca səbəblərindən biri
Balıqçılıq sənayesi Yer kürəsinin milyardlarla sakinini zülalla təmin edir. Lakin dünya okeanının ehtiyatları sürətlə azalır.
AZƏRTACxəbər verir ki, Britaniya Kolumbiyası Universitetinin tədqiqatçılarının məlumatına görə, bu problemin səbəblərindən biri balıqtutma texnologiyasının sürətli inkişafıdır.
Alimlərin işindən bəhs edən "Eurek Alert”in məlumatında bildirilir ki, mütəxəssislər gəmilərin balıqtutma gücünün dəyərləndirilməsinə həsr olunan 50 tədqiqatı təhlil ediblər. Məlum olub ki, exolot, GPS-naviqator və akustika kameraları kimi innovasiyaların tətbiqi balıqtutma həcmini ildə 2 faiz artırır.
Müəlliflərin dəyərləndirmələrinə görə, gəmilərin ovlama gücü hər 35 ildə iki dəfə artır. Bu isə o deməkdir ki, 10 ədəd yeni nəsil balıqtutma gəmisi 20 köhnə gəmini əvəz edə bilər.
İstehsal artımı hətta azalmış populyasiyaların belə əvvəlki balıq həcmini əldə etməyə imkan verir. Bu, ciddi problemdir, çünki belə praktika bir çox növləri yenidən istehsal olunmaq imkanından məhrum edir.
Müəlliflər qeyd edirlər ki, onların aşkarladıqları texnoloji tərəqqi dayanıqlı balıq ovunun qorunub saxlanması siyasətinin hazırlanmasında nadir hallarda nəzərə alınır. Adətən mütəxəssislər qısamüddətli tədqiqatlardan istifadə edir və balıqtutmanın innovasiya üsullarının tətbiqinə əhəmiyyət vermirlər. İşlərin yekununa görə tədqiqatçıların hazırladıqları yeni tənliyə əsasən texnoloji tərəqqini nəzərə almaq və tutulan balığın optimal həcmini hesablamaq mümkündür.
Bununla yanaşı, həddən artıq ovlanma balıq sürüləri üçün yeganə təhlükə deyil. Digər dəniz canlıları kimi onlar da qlobal istiləşmədən əziyyət çəkirlər.
banner

Oxşar Xəbərlər