• cümə, 29 Mart, 10:01
  • Baku Bakı 5°C

Balıq yağının faydalı xüsusiyyətləri

04.08.21 13:20 232
Balıq yağının faydalı xüsusiyyətləri
Balıq yağı A və D vitaminləri, Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngindir. Təbii üsullar yaddaş gücləndirici və göz zəifliyini aradan qaldırılması üçün ən yaxşı vasitə sayılır. Bununla yanaşı, balıq yağı göz xəstəliklərinin yaranmasının da qarşısını alır.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin MəmmədovanınAZƏRTAC-a verdiyi məlumata görə, Omeqa-3 yağ turşuları insan orqanizmində sintez olunmur, yalnız düzgün qidalanma vasitəsilə qəbul edilir. Balıq yağının tərkibində olan həmin yağ turşuları yaşla əlaqədar "sarı nöqtə” adlanan xəstəliyin qarşısını alır. Müasir dövrdə çox geniş yayılan quru göz sindromuna qarşı da Omeqa-3 yağı ilə qidalanmaq çox yaxşı təsir edir.
Balıq yağı dişləri və sümükləri möhkəmləndirir, immun sistemini gücləndirir, həmçinin depressiya və stressin simptomlarını da azaldır.
Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva isə deyib: "Damarlarında yağlılıq olanlara, genetikasında infarkt riski olanların ondan istifadə etməsi məsləhətdir. Arıqlamaq istəyənlər də balıq yağından istifadə edə bilərlər. Tərkibində D vitamini olduğuna görə uşaqların boy artımına da səbəb olur”.
Onun kosmetik təsiri də az deyil. Balıq yağı bəzi dəri xəstəliklərinin müalicəsində də faydalı təsir göstərir. Paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova dediyinə görə, dərinin nəm balansını saxlanılmasında A vitamini böyük rolu oynayır. Balıq yağı həm də saç və dırnaqlar üçün də xeyirlidir.
Bəzən balıq yağının istifadəsi orqanizmə əks təsir göstərə bilər. Ona görə də mütəxəssislər balıq yağının istifadəsi zamanı həkimlə məsləhətləşməyi tövsiyə edirlər. Həzm sisteminin pozulmaması üçün də balıq yağını yeməkdən sonra qəbul etmək məsləhətdir.

banner

Oxşar Xəbərlər